Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
cümə

30 iyul 2021

11:50:26
1164699

İlahi İncilərin Nur Sil-Siləsi

İmam Əmirəl möminin həzrət Əli ibn Əbu Talibin inci dolu kəlamları – Hədis (1)

İslam mədəniyyətində həzrət İmam Əlinin (əleyhi səlam) özünəməxsus yeri vardır. Belə ki, o İslamda müdriklik, dürüstlük, igidlik, hörmət və s. rəmzidir. Həzrət Əmirəl Möminin Əli (əleyhi səlam) təfsir, fiqh və dini fikir sahələrində ən yüksək şəxs hesab olunur və həzrət Məhəmməd peyğəmbərin (səlləllahu əleyhi və alih) nəslinin davamçısı kimi qəbul edilir...

Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, İslami mənbələrə görə həzrəti İmam Əli (əleyhi səlam) Kəbədə dünyaya gələn yeganə şəxsdir. Atası həzrəti Əbu Talib (əleyhi səlam), anası isə xanım Fatimə binti Əsəddir (əleyha səlam). Həzrət İmam Əli (əleyhi səlam) əmisioğlu həzrət Məhəmməd peyğəmbərin (səlləllahu əleyhi və alih) tərəfindən himayə olunub və onun evində böyüyüb. Həzrət Məhəmməd peyğəmbər (səlləllahu əleyhi və alih) İlahi vəhy aldığı zaman, İmam Əli (əleyh isəlam) Vəhy mələyi olan həzrət Cəbraili (əleyhi səlam) görmüş və Vəhyin həzrət Muhəmməd peyğəmbərə (səlləllahu əleyhi və alih) nazil olduğunu müşahidə etmiş və məlun şeytanın naləsini eşitmişdir. O, İslamı qəbul edən ilk kişi olmuş və həyatını bu dinə həsr etmişdir...

İslam mədəniyyətində həzrət İmam Əlinin (əleyhi səlam) özünəməxsus yeri vardır. Belə ki, o İslamda müdriklik, dürüstlük, igidlik, hörmət və s. rəmzidir. Həzrət Əmirəl Möminin Əli (əleyhi səlam) təfsir, fiqh və dini fikir sahələrində ən yüksək şəxs hesab olunur və həzrət  Məhəmməd peyğəmbərin (səlləllahu əleyhi və alih) nəslinin davamçısı kimi qəbul edilir...

Biz ABNA olaraq həzrət İmam Əlinin (əleyhi səlam) dürr dolu kəlamlarını sil-ilə olaraq sizlərə təqdim edirik.

 

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!