15 iyul 2021 - 18:53
Terrorçulara qarşı döyüş meydanındakı qadınlar; Səlimə Məzari, Talibanla mübarizə aparan ilk qadın bölgə valisi- Şəkil

Talibanla mübarizə aparmaq üçün ciddi təsmim tutub. Hərbi keçmişi yoxdur. Səlmə Məzari, bir ildir Bəlxdə əyalətinin Çarkent şəhərinin valisi vəzifəsini icra edir. Talibanın Çaharkəntdəki sərt və nəfəs kəsici fəaliyyətləri qadını müharibənin ön cəbhəsinə çəkdi.

Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, artıq iki aya yaxındır; Səlimə Məzari, Talibanla mübarizəyə sadiqdir. Əfqanıstanın şimalında yerləşən Bəlxin əyalətinin Çaharkənt şəhərinin valisi olmasından bir il keçir. Talibanın Çaharkəntdəki sərt və nəfəs kəsici fəaliyyətləri qadını müharibənin ön cəbhəsinə çəkdi. Səlimə Məzarinin müharibə tabeliyində olanların hamısı Talibana qarşı səfərbər olmuş yerli sakinlərdir. Bu könüllülərin heç biri Əfqanıstan Silahlı Qüvvələrinin üzvü deyil. Bunlar hökumətin dəstəyinə də sahib deyillər.

Bəlx əaylətindəki hərbçilərin ehtiyatsızlığı, qadını Talibanı yatırmağa və Çaharkənt əhalisini terrorçuların zülmündən azad etməyə məcbur edib. Səlimə Məzari deyir ki, dəfələrlə Bəlxdəki mülki və hərbi vəzifəlilərdən bu barədə kömək istədik, ancaq onlar Talibanın bölgədəki fəaliyyətlərini və terrorçu aktlarını hesaba almadılar. 

Xanım Məzari, Çaharkəntın yüzdən çox sakinin səfərbər edib. Bu xalq qiyamı qüvvələrinin də hökumət tərəfindən heç bir dəstəyi yoxdur. Bunlar Məzari Şərif və Bəlxin digər bölgələrinin Şiə əhalisinin köməyi ilə maliyyələşdirilirlər. Onların avadanlıq təchizatı da müharibə zamanı Şiə xalqın köməyi ilə təmin edildi. İndiyə qədər Çaharkəntdəki bu könüllü xalq dəstələri Taliban döyüşçülərinin varlığının bəzi mövqelərdən təmizləməyə nail olmuşlar. Ancaq təhlükə ondadır ki, Taliban xüsusi qüvvələri də müharibədə iştirak edir. Taliban Qırmızı Birliyi olaraq bilinən xüsusi qüvvələr; Ən təhlükəli və ağır döyüşləri aparırlar. Taliban hərəkatının Çaharkəntdəki fəaliyyəti bölgədəki 46.000 insanın həyatını təhdid edir.

Bəlx vilayətinin Çaharkənt mahal valisi Səlimə Məzari deyir:

"Hökümətin Tondorək kəndində heç bir suverenliyi yox idi. Lakin Taliban eyni zamanda Çaharkəntdəki digər bölgələri də təhdid edərək insanlara ağır təzyiq göstərib, xalqdan maliyyat ünvanında olaraq "onda biri" və "zəkat" alırlar. Bu qrupla əməkdaşlıq etməyənlər öldürürdülər. Bu yaxınlarda bir məktəb direktorunu da öldürdülər. İnsanlardan hökumətə qarşı casusluq etmələri istəndi və kimsə bunu etməsəydi, onu da öldürürdülər. Taliban digər kəndlərdə də fəaliyyətə başlayıblar; Biz xalqı Talibana qarşı səfərbər etməli idik və mən onların rəhbərliyini öhdəmə götürdüm."

Rayon rəhbərliyi qeyri-hərbi vəzifədir. Amma buna baxmayaraq Səlimə Məzari, Talibanla mübarizəyə birbaşa rəhbərlik edən ilk qadın hökumət məmurudur. Əvvəllər də Əfqanıstanın şimal hissələrində, xüsusən Bəlxin qonşuluğundakı Cövzcan əyalətində bir çox qadın İŞİD-ə qarşı səfərbər olmuşdu.  Ancaq bu qadın döyüşçülərin Cövzcanın Dərzab bölgəsindəki İŞİD-ə qarşı dayanıqlılığı uzun sürmədi. O günlərdə bu qadınlar Kobani qızlarının İŞİD-ə qarşı müqavimətindən ilham almış ola bilər, amma qısa müddətdə repressiyaya məruz qaldılar.

Düz dörd il əvvəl, Darzab bölgəsindəki Cövzcanda qadınlar intiqam almaq və kəndlərini İŞİD-dən qurtarmaq üçün silah götürdülər. Bu qadınların hamısı İŞİD fəaliyyətinin qurbanı idi. Əlinə silah götürən qadıların hamısının ailələrində kişilər İŞİD tərəfindən öldürülmüşlər idi. Bu qəzəb Darzabda bir çox qadının evlərindən didərgin düşməsinə və intiqam almaq üçün İŞİD-ə qarşı mübarizə aparmaqlarına səbəb oldu. Bu qadınlar bəzən də vətənini qorumaq üçün İŞİD-in mühasirəsində olan kişilərin köməyinə də gəlirdilər. Amma hökumət, bu qadınlara lazımi səviyyədə dəstək vermədi. Bir müddət sonra bu qiyam yatırıldı.

Əfqanıstanın şimalındakı Səyyad Sərepol bölgəsi də İŞİD və Talibana qarşı xalq qiyamlarına şahid idi. İki il əvvəl İŞİD və Taliban döyüşçüləri, Mirza Olanq Səyyad Sərepol vadisində təşkil etdikləri ortaq hücumda 50-dən çox kişi, qadın və uşağı qanına qəltan etdilər. Bir çox insan həyatlarını xilas etmək üçün ölkənin digər bölgələrinə köçürüldü. İndi Səlimə Məzari də Çaharkəntdəki Taliban qarşı xalq qiyamının nəticələri barədə xəbərdarlıq edir. İŞİD və Taliban əvvəllər olduğundan daha da qəddarcasına Mirza Olanqda intiqam aldılar.

Bəlx vilayətinin Çaharkənt mahal valisi Səlimə Məzari deyir:

“Həqiqətən narahatıq. İnsanlar Talibanın daha qəddar intiqam alacağına dair təhdid hiss edirlər. Talibanın məqsədi liderliklərindən faydalanmaq üçün Çaharkəntdə Mirzə Olanq faciəsini yaratmaqdır. "Hökumət Çaharkəntə əhəmiyyət vermirsə və Taliban hərəkatını məhv etmək üçün bir əməliyyat başlatmazsa, əslində hökumət Taliban ilə əməkdaşlıq etmişdir."

Səlimə Məzarinin döyüş tabeçiliyinin hamısı yerli kişilərdir: 10 ildən çoxdur Çaharkənt Taliban üçün etibarlı bir sığınacaqdır. Tondorək və İlağ kəndləri həmişə Çaharkənt üçün təhlükəli olub. Bir neçə dəfə ABŞ qüvvələri Tondurək kəndində Talibana qarşı əməliyyatlar başlatdı, ancaq bu əməliyyatlarda da Taliban fəaliyyətinin kökü qurudulmadı. Çaharkənt, Əfqanıstanın Səmənqan vilayətinin bəzi bölgələrindən daha da xətərdədir. Çaharkıntin Taliban üçün yaxşı bir təhlükəsizliyi vardır. Taliban Bəlx yaxınlığında harada insan qaçırırsa, qaçırılanların hamısını burada saxlayır.

Səlimə Məzarinin tabeçiliyində olanlar, Talibana Çaharkəntdəki Talibanları məhv etməyincə onlara qarşı mübarizə aparacaqları barədə xəbərdarlıq etdilər. Lakin əsas narahatçılıq odur ki, Əfqan silahlı qüvvələri Bəlxin bu hissəsini Taliban döyüşçülərindən təmizləmək üçün Taliban əleyhinə genişmiqyaslı əməliyyatlara başlamazsa, Talibanın ciddi təhlükələrinin Çaharkənt xalqını təhdid edəcək. Buna görə də yerlilər tətiyi əlində saxlayırlar.

Bəlxdəki könüllü xalq qüvvələrindən olan Mir Veys deyir: "Bölgəmizə nə vaxt sülh gəlsə, silahımı yerə qoyacağam".

İŞİD bir müddətdir ki, Çaharkəntə fəaliyyət göstərir. Böyük fəlakətlər yaradan bir qrup. Əfqanıstanın şərqi üçün bu terror qrupun bir çox təhlükəsi var. Niyaz Bibi Nənqərharda İŞİD zorakılığının qurbanlarından biridir. Niyazbi Bibinin 70 yaşı var. İŞİD altı övladını şəhid edib. Hazırda 70 yaşlı xanım 40 yetim nəvəyə rəhbərlik edir. Həm də ailəsini qorumaq üçün əlinə silah götürüb.

Niyaz Bibinin Əfqanıstandakı müharibələrin acı dadını dadıb. Əfqanıstanda son 70 ildə, xüsusən də bu ölkədəki 40 illik müharibədə hər hansı bir dəyişikliyin şahidi olan xanım.Ancaq onun üçün İŞİD-in altı oğlunu öldürməsindən daha faciəli bir şey olmayıb.İndi həyatın qaranlıq günlərinin ağırlığını və oğullarının böyük kədərini daşıyan yeganə 70 yaşlı qadın.

Nənqərhar vilayətindəki 40 yetimin qəyyumu Niyaz Bibi bəy deyir:

“Mən həmişə qonşularımdan və başqalarından nəvələrimə kömək üçün yemək və geyim istərəm.Məndən həmişə ataları barədə soruşurlar;Onlara atalarınızın sizə yeni paltar və oyuncaqlar gətirmək üçün Kabula getdiyini söyləməkdən başqa cavabım yoxdur. Bu silahı təhdidlərə qarşı durmaq üçün nəvələrimi və gəlinlərimi qorumaq üçün aldım."

İŞİD və Taliban rəhbərliyi altında yaşamaq çətin və nəfəs kəsicidir. Niyaz Bibinin bu şəraitdə məsuliyyəti daha da çətin və ağırlaşdı. Bir tərəfdən yetim nəvələrinə qulluq etmək, digər tərəfdən gənc gəlinlərini qorumaq. Çünki İŞİD qadınlar üçün ciddi bir təhlükədir. İŞİD-in gənc qızları və qadınları özləri ilə Nənqərhara apardığı barədə çox sayda xəbər verilmişdir.

Bu arada Səlimə Məzarinin missiyası da çətindir və Çaharkənt xalqı üçün acınacaqlı nəticələrə səbəb ola bilər. Çaharkəntdəki Taliban hərəkatını məhv edə bilməsələr; Bir az ehtiyatsızlıqla, Mirzə Olanqın aqibəti onları gözləyəcək. İŞİD və Talibanın Mirza Olanqda bir çox insanı öldürdüyü bir şey.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!