Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : sahar tv
bazar

13 sentyabr 2020

11:35:07
1070254

Şeyx İsa Qasım: İsrail ilə əlaqələrin qurulması ABŞ-ın istəyinə baş əyməkdir

Bəhreyn İslam Hərəkatının rəhbəri Ali-Xəlifə rejiminin işğalçı İsrail rejimi ilə diplomatik əlaqələr qurmasını kəskin şəkildə qınadı.

ABNA24 Xəbər Verir, Bəhreyn İslam Hərəkatının lideri Şeyx İsa Qasım Ali-Xəlifənin İsrail rejimini tanımasına reaksiya olaraq, bunu qəbuledilməz hərəkət adlandırıb. 

"Müsəlman və Ərəb xalqların nəzərində tamamilə qəbuledilməz bir hərəkət olan işğalçı sionist rejimi rəsmən tanımaq heç şübhəsiz yaxın gələcəkdə uğursuzluğa düçar olacaq. Bəzi Ərəb ölkələrinə hakim kəsilmiş rejimlər psixoloji məğlubiyyətə düçar olublar və bu məğlubiyyəti öz xalqlarına diktə etmək istəyirlər. Buna görə də xalqlar diktə edilən bu məğlubiyyət qarşısında müqavimət göstərməlidirlər." deyə Şeyx İsa Qasım bildirib. 

Bəhreyn İslam Hərəkatının lideri daha sonra deyib: "Bu rejimlər yaxşı bilirlər ki, düşmən ilə diplomatik əlaqələrin qurulması ABŞ və İsrailin istəklərinə boyun əyməkdir. Və onlar bu addımın İslam Ümməti üçün necə böyük fəsadlara  yol açacağından da agahdırlar.

Onlar öz hakimiyyətlərini davam etdirmək üçün düşmən ilə əlaqələrin qurulmasına razıdırlar. ABŞ və İsrailə təslim olmağı öz hakimiyyətlərinin dayaqlarını möhkəmləndirmək üçün bir fürsət hesab edirlər. Dünən Əmirliklər, bu gün isə Bəhreyn işğalçı düşmən ilə diplomatik əlaqələrin qurulması burulğanına düçar olublar. Sabah da üçüncü, dördüncü və digər ölkələrin bu burulğana düçar olmasını görəcəyik. Bu proses Ərəb ölkələrində hakimiyyət ilə xalq arasındakı aşkar ixtilafdan xəbər verir."

342/