Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Nur Az
cümə axşamı

16 yanvar 2020

12:41:40
1002905

Amerikanın 5-ci Kalonu "İş" Başında

Cəmil Həsənli, şəhid Qasım Süleymani əleyhinə ortaya faktlar qoysun...

"Ümumiyyətlə Cəmil Həsənli bilməlidir ki, İranda İslam İnqilabı olanda Qasim Süleymaninin 22 yaşı var idi. 22 yaşlı bir insanın başı öz ölkəsində inqilaba, İran-İraq müharibəsinə qarışıb. Nə vaxt o Azərbaycanı hədələyib. Bütün dünya qəbul edir ki, o, nifrətə və lənətə layiq İŞİD-lə müharibə edib və ona görə də İŞİD hamisi olan ABŞ tərəfindən terror edilib."

Əhli Beyt (əleyhimus səlam) Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata görə, Milli Şura sədri Cəmil Həsənli Milli Şuranın üzvlərindən olan Hacı Taleni Qasim Süleymanini məzlumların hamisi, müsəlmanların fəxri, azadlıqsevərlərin sevimlisi adlandırdığı üçün tənqid edib və bunu məyusedici adlandırıb.

Cəmil müəllimin bir müxalifət ldieri olaraq ABŞ tərəfindən bu işə cəlb edilməsini ehtimal etmirik. Çünki hazırda Milli Şura, xüsusən də Cəmil Həsənli hətta ölkə daxilində belə bir o qədər də gündəmdə deyil. Təbii ki, onun Əli Kərimlinin, Tofiq Yaqublunun və başqalarının həbs edilib döyüldüyü aksiyada Amerikada olması və oradakı dostlarıyla söhbətlər aparması da heç kimə sirr deyil. Yaxşı halda Cəmil müəllimin ABŞ tərəfindən bu işə məcbur edildiyini deyə bilmərik. Bu sözü Milli Şuranın sözü kimi də deyil, məhz hörmətli professorun öz fikri kimi qəbul etmək olar. Necə ki, Milli Şuranın digər üzvləri olan Hacı Tale Qasim Süleymani haqda müsbət sözlər dedi, digər üzvü Əli Kərimli Azərbaycanın daxilinə diqqət çəkmənin zəruri olduğunu bildirib bitərəf qaldı.

Qasim Süleymaninin tərəfdarları isə haqlı olaraq Cəmil Həsənlidən ortaya faktlar qoymasını tələb etməkdə haqlıdır. Çünki o deyir ki, İran dəfələrlə ölkəmizi təhdid edib, dövlət çevrilişlərində əli var. Görəsən hansı ölkədə dövlət çevrilişi olub və bu, dünyada İranın işi kimi qiymətləndirilib. Görəsən İran Azərbaycanı nə vaxt, harda təhdid edib?

Əksinə, Naxçıvan rəsmiləri, sakinləri, eləcə də Azərbaycan hökümətinin işçiləri dəfələrlə deyib ki, İran dar gündə Azərbaycana yardımlar edib. Qasim Süleymaniyə gəlincə, mərhum generalın bütün ömrü Əfqanistanda, Livanda, Yəməndə, İraqda və Suriyada döyüşməklə keçib. Ümumiyyətlə Cəmil Həsənli bilməlidir ki, İranda İslam İnqilabı olanda Qasim Süleymaninin 22 yaşı var idi. 22 yaşlı bir insanın başı öz ölkəsində inqilaba, İran-İraq müharibəsinə qarışıb. Nə vaxt o Azərbaycanı hədələyib. Bütün dünya qəbul edir ki, o, nifrətə və lənətə layiq İŞİD-lə müharibə edib və ona görə də İŞİD hamisi olan ABŞ tərəfindən terror edilib.

Cəmil Həsənli ortaya faktlar qoysun, biz isə ona belə bir sual verək: Görəsən yarandığı vaxtdan bu yana başqa ölkələrə hərbi müdaxilələr edən, soyuq müharibələri başladan, Taliban, əl-Qaidə, İŞİD yaradıb Cəmil Həsənlinin dindaşlarının canına salan, müxtəlif ölkələrdə çevriliş edən, atom silahı atan cinayətkar bir dövlətin cinayətini pisləmək əvəzinə, məzlumcasına şəhid edilmiş bir generalın tərifi Cəmil Həsənlini niyə narahat edib? Yoxsa o, 90-cı ilin əvvəllərindəki hökümətlərindən ibrət almayıb. “Türk-türk” deyib farsa nifrət edən bir komandanın üzvü hələ də qəbul etməyibmi ki, siyasətdə millət, fars-türk söhbəti olmur. Həmçinin də qəbul etmirmi ki, şəhidin, qəhrəmanın ölkəsi olmur? Yoxsa öz hökümətləri zamanındakı hərbçiləri yeni qurulmuş höküməti dağıtdıqları, qiyam qaldırdıqları, istefa verdikləri üçün elə düşünülür ki, bütün ölkənin generalları bu cürdür?

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır!