Zərabadın incisi Dərək kəndi; Məkran sahillərində səhra və dənizin sehrli qovuşduğu məkan
Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İranın Fars Körfəzində yerləşən Məkran sahilləri boyunca qərar tapmış “Dərək” kəndi dörd fərqli sahil növünə, səhra qumlarının okeanla nadir qovuşmasına və dənizin yaxınlığında şirin su mənbəyinə malik olması ilə İranın və dünyanın ən gözəl turizm istiqamətlərindən birinə çevrilib.
Sistan və Bəlucistanın cənubunda, Zərabad rayonunda yerləşən Dərək kəndi İranın, hətta dünyanın ən gözəl (təbii), ən təmiz və ən görməli sahillərindən birinə sahibdir. Kənd qeyd olunan dörd sahil nümunəsi ilə yanaşı, uzunluğu 6 kilometr, sahəsi 52 hektar olan Qalək qədim körfəzi və Həra meşələrinə də malikdir.
Bu kəndin gözəlliklərini seyr etmək hər bir turisti valeh edir. Çünki dağ, meşə və xurma bağlarının yanında yerləşən daşsız qumlu sahillər bölgəyə xüsusi cazibə qatıb. Bu kənddə çeş ağacları, kərt — məbəd ənciri, ağ qum təpələri, yaşıl xurma ağacları və mavi dəniz suları bir arada yerləşir.
Xurma bağları, dəniz səthi, qum təpələri və meşə arasında günəşin qırmızıya çalan batımı olduqca gözəl və baxımlıdır. Günəşin bir neçə dəqiqəlik yerdəyişməsi ilə günbatımının müxtəlif rənglərini müşahidə etmək mümkündür.
Sizin rəyiniz