4 yanvar 2020 - 09:52
Əsəd: Suriya xalqı heç vaxt şəhid Soleymanini unutmayacaq

Suriya prezidenti İslam İnqilabının Böyük Rəhbərinə müraciətdə general-leytenant Qasem Soleymaninin şəhadəti ilə bağlı başsağlığı verib və vurğualyıb ki, Suriya xalqı heç vaxt şəhid Soleymanini unutmayacaq.

ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Bəşşar Əsəd bu müraciətdə yazıb: Tam əminik ki, bu cinayət müqavimət mehvərinin Amerikanın regiondakı təxribatçı siyasətləri, eləcə də dünyanın bütün zalım və təcavüzkar qüvvələri ilə mübarizənin davam etməsi üzrə əzmini artıracaq.

Suriya prezidenti bildirib: Şəhid Soleymaninin xatirəsi Suriya xalqının vicdanında daima yaşayacaq. Suriya xalqı heç vaxt onun terrorizmə və onun himayədarlarına qarşı müdafiədə Suriya ordusunun kənarında durması və müqavimətini unutmayacaq.

.........
340