4 yanvar 2020 - 09:47
İranın Berlinə aid edilən mövqeyə cavabı

İran Xarici İşlər Nazirliyinin sözçüsü Amerikanın general-leytenant pasdar Qasem Soleymaninin və onunla yanaşı olan şəxslrin şəhid edilməsilə nəticələnən İraqdakı vəhşicəsinə terror hücumu qarşısında Almaniya hökumətinə aid edilən mövqeni pisləyib.

ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Seyyed Əbbas Mousəvi düünən gecə deyib: Bu kimi sözlər Almaniyanın region reallıqlarından uzaqda olduğunu göstərir və bilərəkdən və ya bilməyərəkdən bu ölkəni Amerikanın dövlət terrorizmi ilə yanaşı edir.

İran Xarici İşlər Nazirliyinin sözçüsü vurğulayıb: İran İslam Respublikası Almaniya hökumətinin Amerikanın beynəlxalq hüquq normalarına zidd olan birtərəfli və vəhşicəsinə hərəkətlərini himayə etməsi bir növ bu hərəkətlərdə iştirak sayılır və Almaniya hökumətinə general Soleymaninin İŞİD terrorizmi ilə mübarizədəki görkəmli rolunu xatırladır.

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Qüds qüvvələrinin komandanı Qasem Soleymani və İraqın Həşduşşəbi təşkilatının rəis müavini Əbu Məhdi Əlmuhəndisi, həmçinin bir neçə nəfər dünən Bağdad hava limanında amerikalı terrorçular tərəfindən həyata keçirilən hava hücumunda şəhid edildilər.

..........
340