4 yanvar 2020 - 09:47
Amerikalılar general Soleymanini şəhid etməkdə bir hesablama xətasına yol veriblər

İran xarici işlər naziri bildirib ki, Amerika general-leytenant pasdar Qasem Soleymanini şəhid etməkdə regiondakı bəzi mürtəce dövlət başçıları tərəfindən ona verilən yanlış məşvərətlərə düçar olub.

ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Məhəmməd Cavad Zərif dünən gecə İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Qüds qüvvələrinin komandanı Qasem Soleymaninin şəhadəti barədəki özəl canlı televiziya proqramında deyib ki, amerikalılar bir tələyə düşüblər və özlərini bu vəziyyətdə ilişdiriblər. O bildirib ki, amerikalılar bu hesablama səhvi ilə özlərini regiondan siləcəklər.

İranın xarici işlər naziri bildirib: General Soleymani sülh generalı idi. O, terrorizm və zorakılıq ilə mübarizə aparırdı. Zərif həmçinin qeyd edib ki, Amerikanın bu hərəkəti İraqın ərazir bütövlüyü və suverenliyini pozubdur.

Zərif Amerikanın general Soleymanini şəhid etməsini açıq-aşkar bir terror hərəkəti adlandırıb. Bildirib ki, Amerika ötən bir neçə ildə İran xalqına qarşı iqtisadi savaş və terrorizm tətbiq edibdir.

..........
340