ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İran İslam Respublikasının prezidenti Həsən Ruhani Amerikanın, general Soleymanini və onunla yanaşı olan bir neçə nəfəri, xüsusən İslamın böyük mübarizi- Əbu Məhdi Əlmuhəndisi şəhid etmək üzrə cinayətini pisləyib və belə vurğulayıb: Şübhəsiz, bu dəhşətli cinayətin intiqamını böyük İran xalqı və regionun digər azad xalqları cinayətkar Amerikadan alacaqlar.
Ruhani əlavə edib: Bu xəbiscəsinə və qorxaqcasına hərəkət Amerikanın regiondakı acizliy və başını itirməsinin digər bir nişanəsidir. Bu təcaüzkar rejim bütün beynəlxalq hüquq normalarını və humanitar qaydaları tapdayaraq, bu ölkənin nəhs səhifələrinə digər bir biabırçı damğa vurdu.
İran İslam Respublikasının prezidenti vurğulayıb: Bu yüksək dərəcəli şəhidin izzət və müqavimət bayrağı saysız-hesabsız İslam əsgərlərinin əlində dalğalanacaq və iftixarla dolu şücaət və müqavimət yolu daha artıq qüvvətlə davam edəcəkdir.
General-leytenant pasdar Qasem Soleymani bu gün səhər tezdən təcavüzkar və terrorçu amerikan qüvvələrin hava hücumunda İraqın Bağdad şəhərinin beynəlxalq hava limanının yaxınlığında şəhid edildi.
..........
340