ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Hüseyn Əmir Abdullahiyan özünün Tvitter hesabından paylaşdığı yazıda bildirib: "Əgər bəziləri ABŞ-ın avantürist oyununda iştirak etmək istəyərlərsə və regionun təhlükəsizliyini oyuncaq sayarlarsa, İran buna biganə qalmayacaq".
İran, Rusiya və Çinin birgə dəniz təlimlərinə toxunan Ə.Abdullahiyan qeyd edib ki, bu təlimlərin mesajı sülh, dostluq və İran İslam Respublikasının regionun və enerji nəqlinin təhlükəsizliyini təmin etmək üçün göstərdiyi səyləridir.
.........
340