25 dekabr 2019 - 09:36
Britaniyanın Səudiyyə Ərəbistanına silah satışı artıb

Britaniyada çıxan İndependent qəzeti bu ölkənin Yəmən müharibəsində Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə silah satışının artmasından xəbər verib.

ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Londonda çıxan İndependent qəzeti bu günkü sayında yazır: Beynəlxalq qadağalara rəğmən Britaniya Yəmənə qarşı müharibə koalisiyası üzvlərinə silah satışını 50 faiz artırıb.

Britaniya dövləti 2019-cu il iyun ayında məhkəmə hökmünə əsasən Səudiyyə Ərəbistanı və onun ortaqlarına silah satışına qadağa qoymalı olmuşdu.

Qəzetin məlumatına görə, Britaniya istehsalı olan silahların Yəmənə qarşı BƏƏ və Səudiyyə Ərəbistanına satışının artması bəşəriyyət vicdanı üçün xəbərdarlıq hesab edilməlidir.

Oksfam xeyriyyə müəssisəsi də bildirib ki, 2015-ci il yanvardan bəri Britaniya Yəmən müharibəsində Səudiyyə Ərəbistanı və BƏƏ-yə 6 milyard 400 milyon avro dəyərində silah satıb.

..........
340