24 dekabr 2019 - 08:26
Musəvi: Avropa Parlamentinin İrana qarşı ittihamları həqiqətin təhrifidir

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Avropa Parlamentinin İrana qarşı qəbul etdiyi qətnaməsini tələsik, qeyri-konstruktiv və həqiqətləin təhrifinə əsaslanan qərar adlandırıb.

ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İİR XİN sözçüsü Seyid Abbas Musəvi bu gün İRNA-ya  verdiyi açıqlamada İranın demokratik bir dövlət olaraq söz azadlığı, dinc etiraz və toplantı azadlığını öz vətəndaşlarının normal və qanuni haqqı hesab etdiyini bildirərək deyib: İran hərhansı başqa müstəqil ölkə kimi özünün milli təhlükəsizliyinin təmini və günahsız insanları qətlə yetirən onların əmlakını qarət edən silahlı xuliqanlarla mübarizədə özünün qanuni və zati vəzifələrini yerinə yetirəcəkdir.

İranın diplomatiya aparatının sözçüsü insan haqlarına dəstəyin ayrı-seçkiliklərdən və ikili standartlar və siyasi mülahizələrdən uzaq olmalı olduğunu xatırladaraq, Avropa Parlamentinin üzvlərinə xitabən deyib: Görəsən bu parlamentin fransalı aksiyaçıların hüquqlarının pozulması ,etirazçıların öldürülməsi və kor edilməsi və çoxlarının həbsə alınması barədəki mövqeyi necə olub? Yaxudda bəzi Avropa ölkələrində etnik və dini azlıqlara qarşı açıq-aşkar ayrı-seçkilikləri necə əsaslandırmaq olar:

Musəvi deyib: Görən Avropa Parlamentinin Amerikanın qeyri-qanini və qeyri-əxlaqi sanksiyaları nəticəsində 80 milyondan çox iranlının hüquqlarının pozulması qarşısında susqunluğu və onu pisləməməsinin səbəbi nədir?

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Avropa Parlamentini digər xalqlara  xüsusiylə islami İranın mədəniyyətli və tarix yaradan xalqına qarşı insaflı olmağa və onlarla prinsipial əlaqə qurmağa, fərqli prinsip və dəyərləri başa düşməyə və siyasilikdən uzaq qalmağa çağırıb.

...........
340