ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Mayk Pompeo Rusiya və Çinin bu hərəkətini utancgətirici hərəkət adlandırıb.
Rusiya və Çin cümə günü BMT Təhlükəsizlik Şurasının iclasında Belçika, Almaniya və Küveytin Suriyaya xarici humanitar yardımların göndərilməsi adı altında olan qətnamə layihəsini veto etdilər.
Bu qətnamə Suriya hökumətinin nəzarəti və icazəsi olmadan Türkiyə və İraq sərhədləri kimi iki müxtəlif nöqtədən sözdə humanitar yardımların göndərilməsi ardınca olubdur.
Rusiya və Çin Təhlükəsizlik Şurasında səsvermədən öncə bildirdilər ki, bu qətnamə Suriyadakı insani vəziyyətdən sui-istifadə olaraq, bu ölkənin suverenliyinin pozulması sayılır.
Qərb ölkələri dəfələrlə humanitar yardımların göndərilməsi adı altında Suriyadakı terrorçulara silah və sursat göndəriblər.
.........
340