ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani bu gün 2-ci regional təhlükəsizlik iclasında iştirak üçün Tehrana səfər edən Çin milli təhlükəsizlik naziri Sin Ven Sin ilə görüşdə əlavə edib: Bu gün üzv ölkələrin birgə səyləri nəticəsində regionda sabitlik və təhlükəsizliyin artırılması üçün konstruktiv addımlar atmaq olar.
Çin milli təhlükəsizlik naziri Sin Ven Sin də Çinin İranla əlaqələrini mühüm adlandırıb və vurğulayıb ki, iki ölkə başçılarının həmkarlığı və ardıcıl məşvərəti İran ilə Çin arasında əldə olunmuş razılaşmalara təkan veribdir.
2-ci regional təhlükəsizlik dialoqu iclası İran, Rusiya, Çin, Hindistan, Əfqanıstan, Tacikistan və Özbəkistanın ali təhlükəsizlik rəsmiləri, milli təhlükəsizlik müşavirləri və katiblərinin iştirakı ilə sabah Tehranda keçiriləcək.
.............
340