ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Küveytin BMT-nin Təhlükəsizlik Şurasındakı nümayəndəsi Mənsur Əlutəybi bu gün Əlcəzirə telekanalı ilə müsahibədə deyib ki, Küveyt İran kimi qonşu və müsəlman bir ölkənin sanksiya altında olmasını istəmir.
Küveytin BMT-nin Təhlükəsizlik Şurasındakı nümayəndəsi həmçinin iddia edib ki, müsbət nişanələr mövcuddur və ola bilsin, ikitərəfli İran-Amerika danışıqları ilə nəticələnsin və iki tərəf nüvə anlaşmasının islahı üçün konkret anlaşmalara çatsın.
..........
340