14 dekabr 2019 - 09:16
İran sanksiya altında olmamalıdır

Küveytin BMT-nin Təhlükəsizlik Şurasındakı nümayəndəsi vurğulayıb ki, İran İslam Respublikası sanksiya altında olmamalıdır.

ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Küveytin BMT-nin Təhlükəsizlik Şurasındakı nümayəndəsi Mənsur Əlutəybi bu gün Əlcəzirə telekanalı ilə müsahibədə deyib ki, Küveyt İran kimi qonşu və müsəlman bir ölkənin sanksiya altında olmasını istəmir.

Küveytin BMT-nin Təhlükəsizlik Şurasındakı nümayəndəsi həmçinin iddia edib ki, müsbət nişanələr mövcuddur və ola bilsin, ikitərəfli İran-Amerika danışıqları ilə nəticələnsin və iki tərəf nüvə anlaşmasının islahı üçün konkret anlaşmalara çatsın.

..........
340