9 dekabr 2019 - 08:20
General Rzayi: İran və Omanın müştərək sərhədlərində heç bir təhdid yoxdur

İran İslam Respublikası Dəniz Qoşunlarının komandanı deyib: İran və Omanın müştərək sərhədlərində heç bir təhdid yoxdur

ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İİR Sərhəd Qoşunlarının komandanı General Leytenant Qasım Rzayi bu gün Tehranda Omanın sahil qvardiyasının komandanı Əli Bin Seyf Əl-Məqbali ilə görüşündə deyib: Regionun təhlükəsizliyi region ölkələri tərəfindən təmin olunmalıdır və İran qonşu ölkələrlə sərhəd əməkdaşlıqları aparmağa hazırdır.

Görüşdə Omanın Sərhəd Qvardiyasının komandanı da deyib: Region ölkələrdə narkotiklərin qaçaqmalçılığının böyük hissəsi İran İslam Respublikası tərəfindən aşkar edilir və Oman bu barədə tam məlumatlıdır.

İran və Oman arasında 18-ci müştərəkiqtisadi əməkdaşlıq komissiyası Tehranda keçirilib.

Bu iclasda İran və Oman standart, idman və dəniz nəqliyyatı sahələrində 3 əməkdaşlıq sənədi imzalayıblar.

..........
340