ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Suriyanın ordu qüvvələri dünən də İdlibin cənub-şərqində yerləşən Ummulxəlaxil və Əlzərzur qəsəbələrini terrorçuların işğalından çıxara bilmişdilər.
Suriya ordusu İdlibin cənub-şərqindəki əməliyyatının ikinci etapını noyabrın 16-dan geniş aviasiya və artilleriya hücumları ilə başlayıb və indiyədək bu bölgədə terrorçularla döyüşdə yeni nailiyyətlər qazanıbdır.
Suriya prezidenti Bəşşar Əsəd bundan öncə bildirmişdi ki, İdlib cəbhəsi terrorçuarın bu ölkədəki iştiraklarına son qoymaq üçün sonuncu döyüş cəbhəsidir.
Suriya dəfələrlə İdlibin azad edilməsi üzrə əzmkarlığını vurğulayıb və bu bölgədə yerləşən xarici qüvvələrə və terrorçulara bildiribdir ki, İdlibdən çıxsınlar.
........
340