4 noyabr 2019 - 08:06
Fransada anti-kapitalizm etirazları davam edir

Parisdən əlavə, Fransanın iri şəhərləri də 51-ci etiraz şənbəsində Makron hökumətinin siyasətlərinə etiraz edən xalqın geniş iştirakının şahidi idilər. Təhlükəsizlik qüvvələri etirazların birinci ildönümü ərəfəsində bu həftə də gözyaşardıcı qaz və qanunsuz flaşball silahları ilə aksiyanı zorakılığa çevirdilər.

ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Fransada sarı jiletlilər adlandırılan anti-kapitalizm hərəkatının 51-ci etiraz şənbəsinin təşkil olunması ilə bu etirazlar özünün 350-ci gününə daxil oldu.

Bu hərəkat Fransa hökumətinin iqtisadi siyasətlərinə etiraz olaraq fəaliyyətə başlayıb, amma hazırda deyəsən, Emmanuel Makronun kənara çəkilməsindən başqa heç nə ilə razılaşmır.

Müsahibə: Biz hələ də cənab Makronun kənarlaşdırılmasını istəyirik. Əlbəttə, quruluşun dəyişdirilməsilə. Nəinki Makron gedə və heç bir əsaslı dəyişiklik olmadan ona bənzər başqa bir şəxs onun yerinə gəlmiş ola.

Fransanın müxtəlif şəhərlərindəki aksiyalardan əlavə, aksiyaçılar bu ölkənin telekanalları qarşısına toplaşaraq, medialarda informasiyalara əl gəzdirmək yolu ilə anti-kapitalizm hərəkatının yolunun azdırılmasına kəskin tərzdə etiraz ediblər.

Müsahibə: Mən anti-kapitalistəm. Gülməlidir ki, dünyada və Fransada varlılar bir faiz təşkil etsələr də hamıya hökumətlik edirlər. Bu, ədalətli deyil, dünya bizim səsimizi eşitməlidir.

Noyabr ayı cənab Makron hökumətinin siyasətlərinə qarşı xalq etirazlarını xatırladır. Bu nadir bir fenomendə on bir nəfə ölüb, minlərlə nəfər yaralanıb və həbs edilibdir. Onun ildönümünə iki həftə qalır.

Xalq tərəfindən 51 həftə etiraz, Fransa hökumətinin 51 həftə susması və bu ölkə polisinin repressiyası.

.........
340