21 oktyabr 2019 - 07:24
Livanda ən iri xalq aksiyası keçirilib

Livan bu gün bu ölkə boyu ən geniş xalq aksiyasının şahidi olub. Aksiyaçılar hökumətin devrilməsini tələb ediblər.

ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Xalq aksiya keçirərək, hökumətin yoxsul təbəqəyə ziyan vuran özünün bütün qərarlarından əl çəkməsinə dair şüarlar veriblər.

Onlar yoxsullara qarşı daha çox verginin tətbiq olunmasını istəmirlər.

Aksiyaçılar həmçinin hökumətin kənarlaşdırılmasına dair şüarlar verib, amma onun üçün alternativ təyin etməyiblər.

Aksiyaçılar tələblərinin təmin olunmasını istəyir və vurğulayırlar ki, tələblərinin reallaşmasınadək küçələri tərk etməyəcəklər.

........
340