8 oktyabr 2019 - 06:15
Qonşularla inkişaf edən dostluq prosesi dayanmayacaq

İran İslam Respublikası hökumətinin sözçüsü deyib: Bədxahlar bilsinlər ki hökumətin qonşularla sülh və dostluğun inkişaf etdirilməsi sahəsindəki səyləri dayanmayacaq.

ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Əli Rəbii bu gün mətbuat konfransında deyib: Bu gün hökumətin son dərəcə önəmli olan və xələl götürməyən siyasətlərindən biri qonşularla münasibətləri genişləndirməkdən ibarətdir. Qonşularla münasibətlərin genişləndirilməsi tədbir və ümid hökumətinin siyasətlərinin zərurətlərindən və önəmli cəhətlərindən biridir.

Rəbii qonşularla münasibətlərin sadəcə Avrasiyaya məhdudlaşmadığını bildirərək deyib: İran, Rusiya və Azərbaycan Respublikasının üçtərəfli görüşündə də inteqrasiya sahəsində önəmli nailiyyətlər əldə etdik,  şimal-cənub dəmiryolunun inşası və istifadəyə verilməsi bunun bariz nümunəsidir.

İİR hökumətinin sözçüsü İranın bütün region və qonşu ölkələrlə xüsusilə də Fars körfəzi ölkələri ilə münasibətləri genişləndirməyi qarşıya məqsəd qoyduğunu bildirərək deyib: Biz qonşuluğumuzda heç bir ölkəni dərin iqtisadi, mədəni və siyasi tellər dairəsindən istisna etmək istəmirik.

...........
340