5 oktyabr 2019 - 06:04
İran XİN İraqdakı bəzi pərakəndə çaxnaşmalar barədə açıqlama verib

İranın Xarici İşlər Nazirliyi bildirib ki, İraqın hökuməti və xalqının həmkarlığı ilə düşmənlərin hərəkətlərinin davam etməsinə və əcnəbilərin bu ölkənin hazırkı şəraitindən sui-istifadə etmələrinə icazə verilməyəcəkdir.

ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İranın Xarici İşlər Nazirliyi bu gün bir açıqlama verərək, İraqın bir neçə şəhərində bəzi pərakəndə çaxnaşmalardan təəssüf ifadə edib və əminlik veribdir ki, hazırkı iltihablı atmosferi sakitləşdirmək üçün siyasi, dini, məzhəbi rəhbələrin, həmçinin böyük təqlid mərcələri xüsusiyyət təşkil etməklə bütün şəxsiyyətlər, partiyalar və qrupların həmkarlığı ilə İraqın hökuməti və xalqı meydana girəcək və İraq xalqının zərərinə olan və əcnəbilərin sui-istifadə etmələrinə bais olan bəzi hərəkətlərin davam etməsinə icazə verməyəcəklər.

İraqın paytaxtı Bağdad daxil olmaqla bu ölkənin bəzi şəhərlərindəki pərakəndə aksiyalar bazar ertəsi günündən başlanıb. Bu aksiyalar məşğulluğun olmaması və iqtisadi problemlərə görədir.

.........
340