2 oktyabr 2019 - 08:58
Honq-Konqda etirazlar zorakılığa çevrilib

Honq-Konq polisi hiddətlənmiş aksiyalarla mübarizə üçün atəş açmağa üz tutub.

ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Honq-Konq polisi etirazçılara hücumu əsaslandıraraq, bildirib ki, bu gün polis, onun xəbərdarlıqlarına məhəl qoymadan avtomobillərə, idarələrə və satış mərkəzlərinə basqın edən aksiyaçılara qarşı gözyaşardıcı qaz və güllədən istifadə etməyə məcbur olubdur.

Bu hücum nəticəsində azı 15 aksiyaçı yaralanıb, əlli nəfər də həbs olunubdur.

Honq-Konq çaxnaşmaları təqribən dörd ay bundan öncə və cinayətkarların bu bölgədən Çinə ekstradisiyası layihəsinə etiraz olaraq başlanıbdır.

Amerika və İngiltərə kimi ölkələr bu məsələni bəhanə gətirərək, Honq-Konq bölgəsindəki etirazlar alovunu daha da şiddətləndiriblər.

Honq-Konq 1842-ci ildən 1997-ci ilədək İngiltərənin hökmranlığı altında olub və 1997-ci ildə Çinə qatılıbdır.

.........
340