2 oktyabr 2019 - 08:04
Birgə İran-Ermənistan yığıncağı keçirilib

İran prezidenti Həsən Ruhaninin iştirakı ilə dünən axşamçağı İrəvan şəhərində İran-Ermənistan birgə yığıncağı keçirilib.

ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İran və Ermənistanın nümayəndə heyətləri öz birgə yığıncaqlarını iki ölkənin müştərək məsələləri fonunda keçiriblər.

İran İslam Respublikasının prezidenti Həsən Ruhani Ermənistan baş nazirinin rəsmi dəvəti və Avrasiya iqtisadi birliyinin sammitində iştirak etmək məqsədilə dünən axşam yüksək səviyyəli siyasi-iqtisadi  nümayəndə heyəti ilə Ermənistanın paytaxtı İrəvana daxil olub.

Ruhani həmçinin Ermənistana daxil olarkən bu ölkənin prezidenti ilə görüşübdür.

.........
340