ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Bir-birinin ardınca ikitərəfli görüşlər.
İranın xarici işlər naziri Nyu-Yorkda küveytlilər və iraqlılarla “Hörmüz sülhü” planı barədə danışdı. Onlar bölgə təhlükəsizliyi barədə də söhbət etdilər.
Burada tacik və pakistanlı həmkarları ilə də iqtisadi bəhslər apardı.
Finlandiya və Hollandiyanın xarici işlər nazirləri ilə daha çox nüvə anlaşmasına və onun müqəddəratına nəzər saldı.
Zərif Amerikada Nikaraquanın xarici işlər naziri ilə görüşdü. Venesuelanın xarici işlər naziri və vitse-prezidenti ilə də görüşlər keçirdi.
Kubanın xarici işlər nazirini də bağrına basdı.
Bununla bir vaxtda Zərifin siyasi müavini Abbas Əraqçı da EKO iclasında ölkələrdən istədi ki, Amerikanın sanksiyalarına əsasən, İranla turizm və iqtisadi həmkarlıqları artırsınlar.
İranın BMT-dəki daimi nümayəndəsinin müavini Eshaq Ale Həbibin çıxışı bu cəhətdən mühüm idi ki, BMT Baş Məclisində səudların İrana qarşı ittihamlarının cavabını verdi.
Ale Həbib dedi: Ali-səudun biabırçılıqdan savayı əlindən bir iş gəlmir. İŞİD-ə milyardlarla dollar silah göndərdi və indi də sevimli silahı qılıncdan mişara dəyişibdir.
Ale Həbib bunu da dedi ki, on bir sentyabr terror amillərindən on beşi səudiyyə vətəndaşı olubdur.
Bu ali-səud/ İrandan danışmasın.
Millennium otelində Zərif Asiya araşdırma mərkəzinin üzvləri qarşısına çıxmazdan öncə BMT baş katibinin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Pedersonla görüşdü.
İranın xarici işlər naziri bu görüşdən sonra Nyu-Yorkdan Tehrana geri döndü.
......
340