28 sentyabr 2019 - 07:15
Kontr-admiral Səyyari: Ordu üç yeni gəmi düzəltməkdədir

İran İslam Respublikası Ordusu komandanının koordinator müavini İranın Müdafiə Nazirliyi və ordunun dəniz qüvvələri tərəfindən üç yeni esminesin düzəldilməsindən xəbər verib.

ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İran İslam Respublikası Ordusu komandanının koordinator müavini kontr-admiral Həbibullah Səyyari IRNA ilə müsahibədə İranda döyüş gəmilərinin istehsal xəttinin mövcudluğuna işarə edib və belə deyib: Hazırda Müdafiə Nazirliyinin dəniz sənayesi və ordunun dəniz qüvvələrində Dena, Şiraz və Təftan adlı üç yeni esminesin istehsal işi həyata keçirilməkdədir.

Kontr-admiral Səyyari İran İslam Respublikasının hərbi silahların düzəldilməsi sahəsindəki nailiyyətlərinə toxunaraq, deyib: Raket, qırıcı təyyarə, hərbi gəmi, sualtı qayıq və tank kimi modern hərbi silahların istehsal xətti işə salınıbdır.

O, əlavə edib: Bu gün Qədir tipli yüngül dərəcəli sualtı qayıqdan əlavə, tamamilə yerli olan yarımyüngül dərəcəli Fateh tipli sualtı qayıqlar da iri istehsal xəttində dururlar.

......
340