ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Fransa prezidenti Makron bu bir neçə gündə neçənci dəfə olaraq İran prezidentinin ofisinə gələrək, Ruhanidən istəyibdir ki, Nyu-Yorku tərk etməzdən öncə Trampı görsün.
Boris Conson da elə bu sözləri deyirdi. Tez bir zamanda Londona qayıtmağa tələsən Conson üçün bu görüş də önəmli idi.
Tramp deyir ki, bunların hamısı vasitəçidirlər.
Merkel də Ruhani ilə görüşdən sonra dedi ki, sanksiyaların qaldırılması Amerika ilə müzakirədən öncə real görünmür.
Xanım Moqerininin rəsmi Suriya iclasında “Cavad” səslədiyi Cavad Zərif isə deyir ki, nüvə anlaşmasında heç bir dəyişikliklə razı deyilik.
Ruhaninin bütün bu ismarıclara cavabı bu oldu: Sanksiyaları qaldırmayınca nüvə anlaşmasına qayıtmayacağıq.
Amma İmran xanın hekayəti maraqlıdır. Pakistanın baş naziri müxbirlərə dedi:
m.k- Ərəbistan vəliəhdi- bin Salman və Amerika prezidenti məndən istədilər ki, asayilşin bərqərarı üçün İran prezidenti ilə əlaqə saxlayam.
Bir neçə dəqiqə sonra Tramp öz sözləri ilə göstərdi ki, onu da ələ salıb və İmran xana ağır heysiyyət zərbəsi vurdu. O, dedi: İmran xan özü vasitəçi olmaq istəyir. Mən deməmişəm. Mən istəməmişəm.
Trampın impeçmenti məsələsinin qızışdığı bir halda, onun çıxışının haşiyələri hələ də davam edən hay-küyə səbəb olub. Ticarət nazirinin yaxşı olmasından tutmuş Trampın çıxışı zamanı Simon Bolivarın kitabını mütaliə edən venesuelalı diplomatın macərasınadək.
Ruhani belə bir atmosferdə BMT-nin Baş Assambleyasında çıxışa hazırlaşır. O, Amerikanın öz əhd-peymanına qayıtmasını gözləyir. Demək istəyir ki; biz sanksiya halında və önşərtlə müzakirə etmirik, amma nüvə anlaşmasında müzakirə edirik. Bunlar prezidentin BMT-nin Baş Assambleyasındakı çıxışının ən mühüm mehvərləri olacaqdır.
.......
340