ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, bu əməkdaşlıq müqaviləsi Gilan universitetinin rektoru Əhməd Rəzinin Azərbaycan Respublikası Texniki Universitetinin rektoru Vilayət Vəliyevlə görüşündə və ikitərəfli danışıqlardan sonra imzalanıb.
Görüşdə Vilayət Vəliyev Azərbaycan Respublikası Texniki Universiteti barədə ətraflı məlumat verib və Gilan universiteti ilə həmkarlıqdan razılıq ifadə edib.
Əhməd Rəzi də bu görüşdə bildirib ki, Gilan universitetində 600 müəllim tədrislə, 17 min tələbə də on fakültədə təhsil almaqla məşğuldur. O, deyib: Biz Azərbaycan Texniki Universiteti ilə əməkdaşlıqda maraqlıyıq.
........
340