ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Donald Tramp Ağ Ev-də Bəhreyn vəliəhdi ilə görüşdə ABŞ dövlət katibi Mayk Pompeo kimi heç bir sənəd və fakt təqdim etmədən ərəbistanın neft təsisatlarına hücumda İranın məsuliyyət daşıdığını bildirib. Deyib ki, Vaşinqton ərəbistanın təhlükəsizliyini müdafiə etməyə hazırdır, bu şərtlə ki, səudlar daha çox pul xərcləsinlər.
Tramp, Vaşinqtonun iddiasına görə, İranın işi olduğu ərəbistanın neft obyektlərinə hücum macərası üstündə İranla qarşıdurma ehtimalı barədə də vurğulayıbdır ki, Amerika heç bir vəchlə İranla qarşıdurma ardınca deyildir.
Amerika prezidenti bundan öncə səud başçılarını südlük inəklər adlandırmışdı. Tramp həmçinin bir seçki çıxışında vurğulamışdı ki, ərəbistanın krallıq rejimi Amerikanın dəstəkləri olmasa, iki həftə ərzində çökər.
.......
340