Əhli Beyt (əleyhimus-səlam) - ABNA - Amerikanın xəzinədarlıq nazirliyi bildirib ki, İranın kosmonavtika təşkilatı və onun tabeliyində olan iki orqan İranın raket proqramının genişləndirilməsində iştirak bəhanəsilə sanksiya ediliblər.
Bir neçə gün bundan öncə də Amerikanın xəzinədarlıq nazirliyi İranın raket proqramı ilə əlaqədə olmaq bəhanəsilə beş şirkəti və beş fiziki şəxsi öz sanksiyalar siyahısına saldı.
Amerikanın xəzinədarlıq nazirliyi İranın "Adrian Dərya" tankerini və onun kapitanını da sanksiya edibdir.
Amerika nüvə anlaşmasından birtərəfli şəkildə çıxdıqdan sonra İrana qarşı təzyiq tətbiq etmək üzrə hərtərəfli kampaniyaya başlayıbdır.
İran İslam Respublikası daim bildiribdir ki, öz müdafiə proqramlarını öz təhlükəsizliyini təmin etmək məqsədilə, beynəlxalq qanunlara əsasən və qüdrətlərin müxalifətlərinə məhəl qoymadan davam etdirəcəkdir.
........
340