3 sentyabr 2019 - 06:16
Vaşinqton: Ukraynaya dəstəyi davam etdirəcəyik

ABŞ vitse-prezidenti bir daha vurğulayıb ki, Vaşinqton Moskva qarşısında Kiyevə dəstək verəcək.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Mayk Pens dünən Polşanın paytaxtı Varşavada ikinci dünya müharibəsinin başlanmasının 80-ci ildönümü mərasiminin kənarında Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşdükdən sonra deyib ki, Vaşinqton Kiyevə dəstəyi davam etdirəcək.

Amerikanın energetika naziri Rik Perri də şənbə günü gecə Varşavada Polşa və Ukrayna başçıları ilə görüşdən sonra ABŞ-ın Rusiyaya qarşı sanksiyalarının davam etməsi və şiddətləndirilməsindən xəbər vermişdi.

Rusiya rəsmiləri daim vurğulayıblar ki, Amerikanın sanksiyaları qarşısında müqavimət göstərərək, cavab addımı atacaqlar.

Amerika 2014-cü ildə Ukraynanın şərqindəki toqquşmalarda əlinin olması və bu ölkə hökumətinin müxaliflərinə kömək göstərməsi ittihamı ilə anti-rus iqtisadi və maliyyə sanksiyaları toplusunu tətbiq etdi.

Bu sanksiyalar Moskvanın qarşılıqlı cavabı ilə üzləşibdir.

2014-cü il referendumunda Krım yarımadasının Ukraynadan ayrılaraq, Rusiyaya qatılması Moskvanın sanksiya edilməsi sahəsində Vaşinqton üçün digər bir bəhanə olubdur.

Krımın iki milyon nəfərdən çox əhalisinin altmış faizə yaxını rus mənşəlidir.

.......
340