(ABNA24.com) Yelisey sarayı bir bəyanatda dünən Makronun Fransanın Biarrits şəhərində keçirilən yeddilər qrupu sammitinin kənarında Trampla görüşünə işarə edərək, qeyd edib ki, bu görüşdə İran barədə iki tərəf arasında fikir ayrılıqları mövcud olubdur.
Fransa prezidentinin Amerika prezidenti ilə görüşü Makronun Parisdə İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə görüşündən bir gün sonra baş tutubdur.
Zərif cümə günü axşam Emmanuel Makronla danışıqlarını yaxşı və konstruktiv adlandırmışdı.
İranın xarici işlər naziri Fransa prezidenti ilə görüşdən sonra müxbirlər qarşısında qeyd etdi ki, iki tərəf bu görüşdə nüvə anlaşmasının icra tərzi və tərəflərin atmalı olduqları addımlar barədə təkliflər irəli sürübdür.
......
340