(ABNA24.com) Dünən gecə Kabildə baş verən terror partlayışında ölənlərin sayı 63 nəfərə çatıb.
Əfqanıstan daxili işlər nazirliyi bu gün bildirib ki, Kabilin 6-cı dairəsində bir toy mərasimində baş vermiş bomba partlayışında 182 nəfər də yaralnıbdır.
Bundan öncə Kabil polisi bu terror partlayışında tələfatın sayını 20, yaralıların miqdarını isə 45 nəfər elan etmişdi.
Bu gün səhər Taliban qrupunun sözçüsü Zəbiullah Mocahed bu qrupun həmin terror partlayışında hər cür iştirakını rədd edibdir.
/129
19 avqust 2019 - 05:02
Xəbər kodu: 969847
Dünən gecə Kabildə baş verən terror partlayışında ölənlərin sayı 63 nəfərə çatıb.