(ABNA24.com) İtaliyada iqtisadi inkişafın sıfır olmasının dəlillərindən biri, hazırda iki trilyard 375 milyard avrodan çox ağır dövlət borcunun kənarında sənaye istehsalının azalmasıdır.
İtaliya statistika mərkəzi bildirib ki, bu ölkənin iqtisadi inkişafı iki rüb dalbadal sıfır olubdur. İtaliyada iqtisadi inkişafın dayanması və məşğulluq üzrə böhranlı şəraitin davam etməsi bu ölkə xalqını İtaliyanın iqtisadi vəziyyətinin yaxşılaşcağına bədbin edibdir.
İşini itirmiş bir İtaliya vətəndaşı deyib:
Bizim şirkət ötən il mən də daxil olmaqla öz işçilərindən 420 nəfəri ixrac etdi və biz hələ iş axtarırıq. Maliyyə böhranından on il keçəndən sonra təəssüflə, İtaliya hələ saysız-hesabsız iqtisadi problemlə əlbəyaxadır.
İtaliya iqtisadiyyatı elə bir halda uçuruma sürüklənir ki, ötən il bu ölkənin iqtisadi inkişafı bir faiz artmışdı.
Conni Lepre-İtaliyada iqtisadi məsələlər üzrə ekspert:
İtaliyanın iqtisadi inkişafının dayanması ona görədir ki, ötən illərdə müxtəlif hökumətlərin iqtisadi siyasətləri uğurlu olmayıb və bizim iqtisadiyyatımızı durğunluqdan çıxara bilməyibdir. Əlbəttə, Avropa statistika mərkəzinin məlumatına əsasən, Avropa Birliyinə üzv digər ölkələrin orta iqtisadi inkişaf göstəricisi də cari ilin ikinci üç ayında 0,2% olubdur. Bu da birinci üç ayla müqayisədə 0,3% azalmadan xəbər verir.
Ekspertlərin sözlərinə görə, İtaliyada iqtisadi inkişafın sıfır olmasının dəlillərindən biri, hazırda iki trilyard 375 milyard avrodan çox ağır dövlət borcunun kənarında sənaye istehsalının azalmasıdır.
/129
5 avqust 2019 - 09:16
Xəbər kodu: 967063
İtaliyada iqtisadi inkişafın sıfır olmasının dəlillərindən biri, hazırda iki trilyard 375 milyard avrodan çox ağır dövlət borcunun kənarında sənaye istehsalının azalmasıdır.