(ABNA24.com) Fransada sarı jiletlilərin etirazlarının 38-ci həftəsi təhlükəsizlik qüvvələrinin basqını ilə zorakılığa çevrilib.
Fransanın təhlükəsizlik qüvvələri dünən Nant şəhəri xüsusiyyət təşkil etməklə müxtəlif məntəqələrdə sarı jiletlilərlə toqquşaraq, dəyənəkdən və gözyaşardıcı qazdan istifadə ediblər.
Nant şəhərində aksiya bu şəhər polisi zorakılığının ən yeni qurbanı olmuş Steve Maya Kaniçoya hörmət əlaməti olaraq, keçirilib.
Hələ dünənki aksiyada neçə nəfərin həbs olunduğu bəlli deyildir.
Steve Maya Kaniço iyunun 21-də Nant şəhəri polisi ilə bir musiqi festivalının iştirakçıları arasında baş vermiş toqquşma zamanı itkin düşmüş və onun cəsədi 38 gün sonra , yəni iyulun 29-da Nant şəhərinin təqribən bir kilometrliyində, Luara çayının kənarında tapılıbdır.
Fransa 2018-ci il noyabrın 17-dən bu ölkə hökumətinin siyasətlərinə qarşı xalq etirazlarının şahididir.
Fransa etirazları zamanı indiyədək on nəfərdən çox insan həlak olub, təqribən on dörd min nəfər də yaralanıb və ya həbs olunubdur.
Fransalı etirazçılar Makronun siyasətlərini bu ölkə vətəndaşlarına qarşı təzyiqlərin şiddətlənməsinin səbəbi bilir və onun kənarlaşdırılmasını istəyirlər.
/129
4 avqust 2019 - 07:45
Xəbər kodu: 966806
Fransada sarı jiletlilərin etirazlarının 38-ci həftəsi təhlükəsizlik qüvvələrinin basqını ilə zorakılığa çevrilib.