27 iyul 2019 - 07:23
General Səlami: Düşmən İran qarşısında geri çəkilməsini davam etdirəcək

İslam İnqilabı Keşikçiləri Korpusu-Sepah-ın baş komandanı deyib: İranın qanuni tələblərinin rəsmən tanınmayacağı zamanadək düşmən İran qarşısında geri çəkilməsini davam etdirməlidir.

(ABNA24.com) İslam İnqilabı Keşikçiləri Korpusu-Sepah-ın baş komandanı deyib: İranın qanuni tələblərinin rəsmən tanınmayacağı zamanadək düşmən İran qarşısında geri çəkilməsini davam etdirməlidir.

General-mayor Hoseyn Səlami bu gün Xuzistan vilayətində deyib: Düşmənlər İran xalqının iradəsinə hörmət etməlidirlər və heç kəs öz təfəkkürlərini İrana qəbul etdirə bilməz.

İslam İnqilabı Keşikçiləri Korpusu-Sepah-ın baş komandanı vurğulayıb ki, İran təzyiqlərin təsiri altında təslim olmayacaq. O, əlavə edib: Mühasirə və sanksiya təzyiqi İran xalqı ilə qarşılaşma yolu deyil və bu gün "İranın bir damcı neft satmasına icazə verməyəcəyik!" deyən ölkələr öz mövqelərindən geri çəkiliblər.



/129