(ABNA24.com) İran İslam Respublikası Ordusunun baş komandanı deyib: Heç bir güc İrana təcavüz üçün qəti qərara gəlmək qüdrətinə malik deyildir.
İran İslam Respublikası Ordusunun baş komandanı general-mayor Seyyed Əbdorrəhim Musəvi sonra deyib: İran İslam Respublikası dəfələrlə bildiribdir ki, heç bir ölkə ilə savaş ardınca deyil. O, əlavə edib: İran heç vaxt savaşın başlayıcısı deyil, amma özünü müdafiə etməyi çox yaxşı bacarır.
General-mayor Musəvi vurğulayıb ki, Amerikanın İrana qarşı küdurəti qədim köklərə malikdir. O, deyib: Düşmən daim İrana zərbə vurmaq niyyətindədir. Buna görə, düşmənin tamahkarlıqları qarşısında dayanmaq üçün ümumi tabgətirmə və xalqın müqavimətinin gücləndirilməsi strateji əhəmiyyətə malikdir.
İran İslam Respublikası Ordusunun baş komandanı həmçinin düşmənlərin təhdidləri qarşısında İranın önləyicilik və müdafiə gücünə toxunub və belə deyib: Hərbi texnika cəhətdən keçmiş təchizatlar yaxşılaşdırılıb, quru, aviasiya və dəniz sahələrində yeni və modern silahlar düzəldilərək, istifadəyə verilibdir.
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei 2016-cı il avqustun 31-də İran Müdafiə Nazirliyinin, nazir başda olmaqla məsul şəxsləri, tədqiqatçıları və mütəxəssisləri qarşısında müdafiə və hücum qüdrətinin artırılmasını İran İslam Respublikasının qanuni haqqı adlandırdılar.
İslam İnqilabının Böyük Rəhbəri vurğuladılar: Zorakı, hegemonçu, həmçinin cüzi əxlaq, vicdan və insanlıq xüsusiyyətlərinə malik olan qüdrətlərin hakim kəsildikləri, ölkələrə təcavüz və günahsız insanların qırğın edilmələrindən çəkinmədikləri bir dünyada müdafiə və hücum sənayesinin inkişafı tamamilə təbiidir, zira bu qüdrətlər İranın gücünü hiss etməyincə, təhlükəsizlik təmin olmaycaqdır.
/129
10 iyul 2019 - 07:36
Xəbər kodu: 959639
İran İslam Respublikası Ordusunun baş komandanı deyib: Heç bir güc İrana təcavüz üçün qəti qərara gəlmək qüdrətinə malik deyildir.