10 iyul 2019 - 07:12
Zərif: B qrupu dərs almadı, amma dünya dərs almalıdır

İran İslam Respublikasının xarici işlər naziri B qrupunun nüvə anlaşmasını aradan götürmək üzrə təxribatçı hərəkətlərinə toxunaraq, vurğulayıb: Onlar keçmişdən dərs almayıblar, amma dünya keçmişə nəzər salmalı və ondan dərs almalıdır.

(ABNA24.com) İran İslam Respublikasının xarici işlər naziri B qrupunun nüvə anlaşmasını aradan götürmək üzrə təxribatçı hərəkətlərinə toxunaraq, vurğulayıb: Onlar keçmişdən dərs almayıblar, amma dünya keçmişə nəzər salmalı və ondan dərs almalıdır.

İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif öz şəxsi twitter səhifəsində yazıb: Con Bolton və Benyamin Netanyahu 2005-ci ildə üç Avropa ölkəsi ilə İran arasındakı Paris razılaşmasını İran tərəfindən sıfır zənginləşdirməyə israrla aradan götürdülər.

Zərif vurğulayıb: Bu hərəkət səbəb oldu ki, İran İslam Respublikası 2012-ci ilədək öz zənginləşdirməsini yüzqat artırmış olsun.

İran İslam Respublikasının xarici işlər naziri sonra belə qeyd edib: B qrupu hazırda da Donald Trampı elə həmin illüziya ilə aldadıbdır ki, nüvə anlaşmasını aradan götürmüş olsun.




/129