(ABNA24.com) Məcid Təxte Rəvançi Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının "Terrorizm və mütəşəkkil transmilli cinayətlərin əlaqəsi" mövzusu ilə keçirilən iclasında İranı terrorizmin və mütəşəkkil cinayətlərin qurbanı adlandırıb və belə deyib: Bəzi regional və Avropa ölkələrinin himayəsi altında olan münafiqlər terror qruplaşması İranda təxribat və çaxnaşma törətmək üçün Amerikanın kəşfiyyat orqanları ilə sıx əməkdaşlığa malikdir.
İran İslam Respublikasının BMT-dəki səfiri və daimi nümayəndəsi əlavə edib: İran həm terrorçuların fəaliyyətlərinin və mütəşəkkil transmilli cinayətkarların qurbanıdır, həm də onlarla mübarizənin avanqardıdır. Belə ki, indiyədək 17161 İran vətəndaşı, o cümlədən prezident, baş nazir, məhkəmə hakimiyyətinin sədri, silahlı qüvvələrin baş qərargah rəisinin müavini, 27 məclis üzvü və dörd nüvə alimi terrorçular tərəfindən şəhid ediliblər.
Təxte Rəvançi əlavə edib: Münafiqlər terror qruplaşması bu gün bəzi region ölkələrinin, eləcə də Avropadakı ölkələr daxil olmaqla bəzi ölkələrin maliyyə dəstəkləri altında fəaliyyət göstərir.
O, qeyd edib: Amerika da münafiqlər terror qruplaşmasını terror qrupları siyahısından çıxarmaqla onların üzvlərinə aman verib və bu ölkəni kəşfiyyat orqanları onlarla sıx əməkdaşlıq edərək, İranda təxribat və fitnəkarlıq etməklə məşğuldurlar.
/129