3 iyul 2019 - 06:36
Zərif: İran Qərbin Səddama dəstəyini əsla unutmayacaq

İran xarici işlər naziri deyib: İran İslam Respublikası Qərb ölkələrinin İraqın bəəs rejiminin məhv edilmiş diktatoru Səddama olmuş himayələri, silah və hətta kimyəvi silah köməklərini əsla unutmayacaq.

(ABNA24.com) İran xarici işlər naziri deyib: İran İslam Respublikası Qərb ölkələrinin İraqın bəəs rejiminin məhv edilmiş diktatoru Səddama olmuş himayələri, silah və hətta kimyəvi silah köməklərini əsla unutmayacaq.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif twitter-dəki şəxsi səhifəsində Səddamın İranın şimal-qərbində yerləşən Sərdəşt şəhərinə qarşı kimyəvi hücumu qurbanlarının şəkillərini yayaraq, yazıb: Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası heç vaxt İran xalqına qarşı bu hücumu pisləmədi.

Zərif əlavə edib: İran xalqı o zaman da düşmənlər qarşısında müqavimət göstərdi və hazırda da müqavimət göstərəcəkdir.

İraqın bəəs rejiminin 1987-ci il iyunun 28-də İranın Qərbi Azərbaycan vilayətinin Sərdəşt şəhərinə qarşı kimyəvi hücumunda 119 nəfər şəhid oldu, səkkiz min nəfərdən çox insan da kimyəvi əlil oldu.




/129