3 iyul 2019 - 06:32
Zərif: İran nüvə anlaşmasını pozmur

İran İslam Respublikasının xarici işlər naziri vurğulayıb ki, İranın zənginləşdirilmiş uran ehtiyatlarının artması nüvə anlaşması əsasındadır.

(ABNA24.com) İran İslam Respublikasının xarici işlər naziri vurğulayıb ki, İranın zənginləşdirilmiş uran ehtiyatlarının artması nüvə anlaşması əsasındadır.

Məhəmməd Cavad Zərif dünən gecə virtual mühitdə bir mətləb yayaraq, İranın nüvə anlaşmasında zənginləşdirilmiş uran ehtiyatları üçün təyin edilmiş 300 kiloqram səviyyəsini keçdiyini təsdiq edərək, deyib: Nüvə anlaşmasının 36-cı maddəsi göstərir ki, Amerikanın çıxmasından sonra İran anlaşmadakı bu maddəni icra edə bilər.

Tehranın 36-cı maddəyə əsasən, nüvə anlaşmasındakı hüquqlarından istifadə prosesini şərh edən İranın xarici işlər naziri deyib: Bu maddə onu göstərir ki, Amerikanın nüvə anlaşmasından birtərəfli şəkildə çıxması ilə İran zənginləşdirilmiş uran ehtiyatlarını artırmaq istiqamətində addım ata bilər.

Zərif Tehranın, nüvə anlaşması əsasında İranın hüquqlarını təmin etmələri üçün üç Avropa ölkəsinə, Rusiyaya və Çinə verdiyi bir neçə həftəlik fürsətə işarə edərək, deyib: Bununla belə, və üç Avropa ölkəsinin öz öhdəliklərinə əməl edəcəkləri təqdirdə, biz də istiqaməti dəyişəcəyik.

İran nüvə anlaşmasının 26 və 36-cı maddələrinə əsasən, öz hüquqlarını əldə etmək istiqamətində bu anlaşmadakı öhdəliklərini azaltmaq üçün addımlar atıbdır.




/129