(ABNA24.com) İran Xarici İşlər Nazirliyinin sözçüsü deyib ki, xalq və məsul şəxslər fəalcasına rəftarla düşmənlərlə mübarizə aparırlar.
Seyyed Əbbas Musəvi Vəliyye Fəqihin Qərbi Azərbaycan vilayətindəki nümayəndəsi və Urmiyyənin imamcüməsi ilə görüşdə əlavə edib: Amerika İran xalqına qarşı savaş, iqtisadi terrorizm və psixoloji müharibə ilə iranlıların qırxillik müqavimətini hədəfə almaq istəyir.
Höccətulislam vəlmuslimin Qoreyşi də bu görüşdə diplomatiya aparatının səylərini yüksək dəyərləndirərək, xalqın müxtəlif qruplarının və məsul şəxslərin birliyini İranın bugünkü şəraitinin zərurəti adlandırıb.
Seyyed Əbbas Musəvi İraqın bəəs rejiminin kimyəvi hücumunun ildönümü günü mərasimində iştirak məqsədilə bu gün İranın Qərbi Azərbaycan vilayətinin Sərdəşt şəhərinə səfər edibdir.
Səddam rejiminin 1987-ci il iyunun 28-də İranın Sərdəşt şəhrestanına qarşı kimyəvi hücumunda yerli əhalidən 119 nəfər şəhid oldu, 8 mindən çox insan da bədən xəsarəti aldı.
/129
30 iyun 2019 - 04:12
Xəbər kodu: 955936
İran Xarici İşlər Nazirliyinin sözçüsü deyib ki, xalq və məsul şəxslər fəalcasına rəftarla düşmənlərlə mübarizə aparırlar.