24 iyun 2019 - 06:44
Xərrazi: İran iki həftəyədək yeni addımlar atacaq

İranın Xarici Əlaqələr üzrə Strateji Şurasının sədri deyib: Əgər avropalılar İran İslam Respublikasının 60 günlük möhlətinin sonunda maliyyə mexanizmi olan İNSTEKS-in icrası üçün addım atmazlarsa, İran yeni addımlar atacaq və o, bu məsələdə ciddidir.

(ABNA24.com) İranın Xarici Əlaqələr üzrə Strateji Şurasının sədri deyib: Əgər avropalılar İran İslam Respublikasının 60 günlük möhlətinin sonunda maliyyə mexanizmi olan İNSTEKS-in icrası üçün addım atmazlarsa, İran yeni addımlar atacaq və o, bu məsələdə ciddidir.

Seyyed Kamal Xərrazi bu gün Tehranda İngiltərənin Yaxın Şərq məsələləri üzrə müşavir naziri Andro Morrison ilə görüşdən sonra müxbirlər qarşısında əlavə edib: Əgər üç Avropa ölkəsi, yəni Almaniya. Fransa və İngiltərə İNSTEKS-in icra edilməsi və İranın nüvə anlaşmasının iqtisadi maraqlarından faydalanması istiqamətində ciddi addım atmazlarsa, İran nüvə anlaşmasının mətninə əsasən, özünün bəzi öhdəliklərini azaldacaqdır.

İranın Xarici Əlaqələr üzrə Strateji Şurasının sədri həmçinin Avropanın nüvə anlaşmasındakı öhdəlikləri və bu beynəlxalq anlaşmanın gələcəyi barədə deyib: Avropalılar qarşıdakı iki həftədə addımlar atmalı və İNSTEKS-də mənbələr yerləşdirməlidirlər ki, İran ilə Avropa arasında ticarət imkanı yaranmış olsun.



/129