22 iyun 2019 - 07:55
İran BMT-yə müraciət etdi

İranın BMT-dəki daimi nümayəndəsi bu təşkilatın baş katibi Antonio Quterreşə ünvanladığı məktubda bildiribdir ki, İran İslam Respublikasının silahlı qüvvələri ölkəmizin hava məkanına daxil olmuş bir amerikan pilotsuzunu hədəfə alaraq, vurublar.

(ABNA24.com) İranın BMT-dəki daimi nümayəndəsi bu təşkilatın baş katibi Antonio Quterreşə ünvanladığı məktubda bildiribdir ki, İran İslam Respublikasının silahlı qüvvələri ölkəmizin hava məkanına daxil olmuş bir amerikan pilotsuzunu hədəfə alaraq, vurublar.

BMT-nin baş katibi indi İrandan, amerikan pilotsuzun İranın xəbərdarlıqlarına məhəl qoymadan necə ölkəmizin səmasına təcavüz etməsi barədə bir məktub alıbdır. Təxte-Rəvançi İranın BMT-dəki səfiridir:

Müsahibə(kişi): Vurğuladıq ki, öncədən bu təyyarəyə və bu pilotsuza lazımi radio xəbərdarlıqları verildi və bütün bu xəbərdarlıqlara diqqətsizlik edildi.

İndi BMT Nizamnaməsinə əsasən, İranın məktubunun üzü təhlükəsizlik şurası sədrinin əlinə çatıbdır. Bu məktubda tarixdə qeyd olunmaq üçün pilotsuzun hədəfə alındığı nöqtənin dəqiq koordinatlarına işarə olunubdur.

Müsahibə(kişi): Biz konkret şəkildə bu təyyarəyə hücumun edildiyi həmin nöqtənin koordinatlarını qeyd etmişik. Bu koordinatlar aydın şəkildə göstərir ki, hadisə İran ölkəsinin ərazisində baş veribdir.

İranlı diplomatlar deyirlər ki, bu, ciddi bir məsələdir. Dünya ictimaiyyəti Amerikanın pozğunluqları və  qanunsuz hərəkətlərinin qarşısını almalıdır.

Müsahibə(kişi): Nizamnamənin 51-ci maddəsinə əsasən...

Bu söhbətdə İran səfiri bir neçə dəfə BMT Nizamnaməsinin 51-ci maddəsinə təkid etdi. BMT Nizamnaməsinin 51-ci maddəsi xülasə şəkildə deyir ki, hər bir ölkə təcavüz qarşısında özünümüdafiə kimi təbii haqqa malikdir.



/129