20 iyun 2019 - 05:16
İran-Rusiya birgə komissiyasının iclası başa çatıb

İran və Rusiyanın birgə iqtisadi və ticari əməkdaşlıq komissiyasının 11-ci iclası İsfahanda 9 əməkdaşlıq sənədinin imzalanması ilə başa çatıb.

(ABNA24.com) İran və Rusiyanın birgə iqtisadi və ticari əməkdaşlıq komissiyasının 11-ci iclası İsfahanda 9 əməkdaşlıq sənədinin imzalanması ilə başa çatıb.

İran və Rusiyanın birgə iqtisadi və ticari əməkdaşlıq komissiyasının 11-ci iclasının bağlanış mərasimi iki ölkənin müştərək komissiyasının həmsədrləri kimi Rusiya və İranın energetika nazirlərinin iştirakı ilə İranın İsfahan şəhərində keçirilib.

Bu iclas səhiyyə, su, energetika və sənaye sahələrində səkkiz işçi qrupu və üç ixtisas komitəsində üç iş günündə araşdırmalar aparıb və sonda İran ilə Rusiya arasında doqquz əməkdaşlıq sənədi imzalanıb.

Sənaye, nəqliyyat, liman xidmətlərinin genişləndirilməsi, energetika, elm, texnika və vilayətlər arasında əməkdaşlıqlar üzrə həmkarlıq sənədləri imzalanıb.





/129