(ABNA24.com) İngiltərənin Tehrandakı səfiri Rob Mak Eirr İran Xarici İşlər Nazirliyinə çağırtdırılıb.
İngiltərə xarici işlər naziri kor-koranə şəkildə Amerikanın ardınca gedərək, İranı Oman dənizində iki tanker üçün baş vermiş hadisədə rol oynamaqda ittiham edib. Bu həqiqətdən uzaq sözlərin ardınca İngiltərənin Tehrandakı səfiri dünən gecə İran Xarici İşlər Nazirliyinə çağırtdırılıb.
İran Xarici İşlər Nazirliyinin Avropa şöbəsinin müdiri və İran xarici işlər nazirinin köməkçisi Məhmud Bərimani İngiltərə səfiri ilə görüşdə Londonun anti-İran mövqeyinə etiraz edib. O, heç bir sənəd təqdim olunmadan və yalnız Londonun Vaşinqtonun dalınca düşərək, yürütdüyü siyasət çərçivəsində irəli sürdüyü ittihama işarə edib.
İran xarici işlər nazirinin köməkçisi İngiltərəni kor-koranə şəkildə Birləşmiş Ştatların İrana qarşı düşmənçilik siyasətlərinin ardınca getməkdən çəkinməyə çağırıb.
İngiltərə səfiri bu görüşdə qeyd olunan halları tez bir zamanda Londona əks etdirəcəyini bildirib.
Cümə axşamı günü sübh Oman dənizində Yaponiyaya aid olan və neft məmulatları daşıyan iki tanker yanğına düçar oldu.
İranın limanlar və dənizçilik təşkilatının dəniz axtarışı və xilası bölməsi bu hadisənin baş verməsindən dərhal sonra bu iki tankerin ekipaj üzvlərini xilas edərək, münasib və müalicə xidmətlərinin göstərilməsi məqsədilə İranın cənubundakı Cask limanına köçürdü.
/129
17 iyun 2019 - 03:42
Xəbər kodu: 951639
İngiltərənin Tehrandakı səfiri Rob Mak Eirr İran Xarici İşlər Nazirliyinə çağırtdırılıb.