(ABNA24.com) İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üza ali nümayəndəsinin müavini ilə görüşdən sonra vurğulayıb: Nüvə anlaşması tərəflərinin səhlənkarlıqlarının əvəzinin çıxılması üzrə 60 günlük möhlət heç bir vəchlə uzadılmayacaq.
Seyyed Əbbas İraqçi dünən Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üza ali nümayəndəsinin müavini Helqa Şmidt ilə görüşdən sonra vurğulayıb: Tehran sırf olaraq təkrar bəyanatların verilməsi üçün nüvə anlaşması üzrə birgə komissiyanın iclasını təşkil etmir.
“Tehran hələ avropalılardan hiss olunacaq addımlar görməyibdir”-deyən İraqçi əlavə edib: Avropalılar bank, neft, energetika, nəqliyyat və investisiya sahələrində İran üçün bir yol tapa bilərlər, amma indiyə kimi bu halları icra etməkdə aciz olublar.
İranın nüvə müzakirə komandasının baş üzvü vurğulayıb: Nüvə anlaşması tərəfləri İranın istəklərini təmin etməzlərsə, 60 günlük möhlətin bitməsilə İran sonrakı addımları və ya ikinci addımı atacaqdır.
/129
17 iyun 2019 - 03:41
Xəbər kodu: 951637
İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üza ali nümayəndəsinin müavini ilə görüşdən sonra vurğulayıb: Nüvə anlaşması tərəflərinin səhlənkarlıqlarının əvəzinin çıxılması üzrə 60 günlük möhlət heç bir vəchlə uzadılmayacaq.