15 iyun 2019 - 09:52
İran ABŞ-ın tankerlər hadisəsi barədəki iddiasını rədd edib

İranın BMT-dəki daimi nümayəndəliyi bu gün səhər tezdən bir bəyanatda Amerikanın Oman dənizindəki tankerlər hadisəsilə bağlı əsassız iddiasını rədd edib və onu ən kəskin tərzdə pisləyibdir.

(ABNA24.com) İranın BMT-dəki daimi nümayəndəliyi bu gün səhər tezdən bir bəyanatda Amerikanın Oman dənizindəki tankerlər hadisəsilə bağlı əsassız iddiasını rədd edib və onu ən kəskin tərzdə pisləyibdir.

İranın BMT-dəki daimi nümayəndəliyi bu bəyanatda bildirib ki, Vaşinqtonun bölgədəki geniş hərbi iştirakı daim Fars Körfəzində əmin-amansızlıq və səbatsızlığın mənşəyi olubdur. O, vurğulayıb: Amerika və bu ölkənin regional müttəfiqləri militarizmdən əl çəkərək, bölgədə başqalarını ittiham etmək üzrə öz gizli əməliyyatları və fitnəkarlıqlarına son qoymalıdırlar.

İranın BMT-dəki daimi nümayəndəliyinin bəyanatında deyilir: İran İslam Respublikası Amerikanın şər rəftarları, təhdid, qorxutma və zorakılığı ilə bağlı yenidən xəbərdarlıq edərək, dünən tankerlərlə bağlı şübhəli hadisə barədə nigarançılıq ifadə edir.

İranın BMT-dəki daimi nümayəndəliyi belə qeyd edib: Bölgədə gərginliyin azaldılmasının yeganə yolu, bütün bölgə ölkələrinin beynəlxalq hüquqların əsas prinsiplərinə və qarşılıqlı hörmətə söykənən real və əhatəli bir dialoq çərçivəsində səmərəli və fəal anlaşmalarıdır.

İranın BMT-dəki daimi nümayəndəliyinin bəyanatında sonra vurğulanır: İran İslam Respublikası bölgədə təhlükəsizlik, stabillik və sülhün gücləndirilməsi, həmçinin strateji dəniz keçidlərinin təhlükəsizliyinin təminində fəal və səmərəli rol oynamağa hazırdır.

ABŞ dövlət katibi Mayk Pompeo dünən axşam heç bir fakt təqdim etmədən Oman dənizində iki tankerə qarşı hücumda İranı məsuliyyət daşıyan tərəf kimi təqdim edibdir.

Dünən sübh Oman dənizində Yaponiyaya aid olan və neft məmulatları daşıyan iki tanker yanğına düçar oldu.

Yaponiyanın ticarət nazirliyi bildirib ki, bu iki tanker bu ölkəyə aid olan neft məmulatlarını daşıyırmış.

İranın limanlar və dənizçilik təşkilatının dəniz axtarışı və xilası bölməsi bu hadisənin baş verməsindən dərhal sonra bu iki tankerin ekipaj üzvlərini xilas edərək, münasib və müalicə xidmətlərinin göstərilməsi məqsədilə İrann cənubundakı Cask limanına köçürdü.



/129