(ABNA24.com) Avstriya parlamenti bu ölkənin paytaxtı Vyanada bir səud dini mərkəzinin bağlanmasının lehinə səs verib.
Avstriya parlamenti yeni hökumətin parlament üzvlərilə ilk iclasında “Əknun” partiyasının, 2011-ci ildə səud xanədanının maliyyə dəstəyilə Vyanada açılmış “Kral Abdullah adına dinlərin dialoqu” adlı qalmaqallı mərkəzin bağlanmasına dair qətnamə layihəsini səs çoxluğu ilə qəbul edib.
Avstriyanın xarici işlər nazirliyi də vurğulayıbdır ki, parlament tərəfindən konkret qərar çıxarılıb və bu qərar mütləq həyata keçməlidir.
Vyanadakı səud mərkəzinin bağlanması barədəki ərizəni Avstriya parlamentinə təqdim etmiş “Əknun” partiyasının sədri Piter Piltz deyib ki, qarşıdakı on dörd gün ərzində bu mərkəz bağlanmalıdır.
Piter Piltz Avstriya parlamentinin bu beynəlxalq siqnalına işarə edərək, vurğulayıb ki, növbəti addım, Ərəbistanın Avstriyadakı səfirliyinin bağlanması olacaq.
/129
Vyanada “Kral Abdullah” dini mərkəzi bağlanıbPiter Piltz: Növbəti addım, Ərəbistanın Avstriyadakı səfirliyinin bağlanması olacaq
15 iyun 2019 - 09:45
Xəbər kodu: 951169
Avstriya parlamenti bu ölkənin paytaxtı Vyanada bir səud dini mərkəzinin bağlanmasının lehinə səs verib.