12 iyun 2019 - 04:01
Ərakda gülabçəkmə mərasimi

İranın Mərkəzi vilayəti iqlim cəhətdən qızılgül istehsal etmək və genişləndirmək istedadına malikdir. İran diyarının özünəməxsus və ən gözəl qədim mərasimlərindən biri gülabçəkmə mərasimidir ki, gül, ətir, bir növ şadlıq və şükretmə ilə yanaşıdır. Bu barədəki reportaja birlikdə nəzər salırıq.

(ABNA24.com) İranın Mərkəzi vilayəti iqlim cəhətdən qızılgül istehsal etmək və genişləndirmək istedadına malikdir. İran diyarının özünəməxsus və ən gözəl qədim mərasimlərindən biri gülabçəkmə mərasimidir ki, gül, ətir, bir növ şadlıq və şükretmə ilə yanaşıdır. Bu barədəki reportaja birlikdə nəzər salırıq.

Qızılgülün ətri Mərkəzi vilayətin atmosferini bürüyüb.

Müsahibə(qadın): Qızılgül yığarkən zikrimiz, salavatdır.

Əkinçilər öz işlərini sübh tezdən başlayırlar.

Müsahibə(kişi): Yığım üçün təqribən 20 min nəfər-gün iş yeri yaradır.

Müsahibə(qadın): Gündə nə qədər gül yığırsınız?

Müsahibə(kişi): Təqribən 27-28-30

Müsahibə(qadın): Yəni otuz kilo.

Müsahibə(kişi): Bəli.

Müsahibə(qadın): Ötən ilə nisbətən istehsal artımına malik olmusunuz?

Müsahibə(kişi): Bəli, istehsal artımına malik olmuşuq. Təqribən 3 ton.

İndi ölkədə qızılgülün 3,5%-i, Mərkəzi vilayətdəki qızılgül bağlarının yarım faizində istehsal olunaraq, yığılır.

Müsahibə(kişi): Allaha şükr, bu il yaxşı məhsul yığdıq. Yağıntı da yaxşı oldu. Hamımız razıyıq.

Xomeyn, Delican və Nəraq Mərkəzi vilayətin mühüm qızılgül mərkəzləridir və təkcə bir rayonda.

Müsahibə(kişi): Proqnoz edilir ki, bağlardan təqribən 750 ton ləçək yığılacaq.

Ölkədə qızılglün pərakəndəliyi İranı gül yığımı sahəsində üçüncü, gülab istehsalı sahəsində isə ikinci yerdə qərar veribdir.

Müsahibə(kişi): Qızılgülün xüsusiyyətləri daha çox həzm sistemi, həmçinin psixiatriya və depressiya xəstəlikklərində təsirlidir.

Güllər yığıldıqdan sonra gülabçəkmə bölmələrinə göndərilir.

Müsahibə(qadın): Gülü böyük qazanın içinə tökürlər. Sonra üstünə su tökürlər. Gül qaynayarkən buxar verir. Buxar digər qabın içinə gedir ki, o qab soyuq suyun içindədir və həmin buxarı yenidən mayeyə çevirir. Bu maye gülabdır. Bir neçə növdür.

Adi gülab, əla gülab və iki dəfə qaynadılmış gülab.

Gülabçəkmə həyata keçirilir, amma mühüm cəhət, gülabçəkmə aparatlarının az olmasıdır. Bununla belə, əkinçilər öz işlərinə bağlıdırlar. Qızılgülün ətri hərçənd emal sənayesinin olmamasına görə, əkinçilərin səylərinin bir hissəsini cavabsız qoyur, bununla belə, onlar ilahi bərəkətə və istehsalın artmasına görə sevinirlər.



/129